Məhərrəm ayı nə vaxt başlayır? Məhərrəmlik nədir? Aşura günü nədir? 2018

  • 16.06.2019
  • 0

Məhərrəm ayı nə vaxt başlayır? Məhərrəmlik nədir? Aşura günü nədir?


Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası sentyabrın 4-də Məhərrəmlik ayı ilə bağlı fətva verib.

Fətvada deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək."

Qeyd edim ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Məhərrəm ayı bütün səmavi dinlər tərəfindən də sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri təqviminin 61-ci ilindən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Belə ki, Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır.

Aşura günündə İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsi hesab olunur. 

Məhərrəmlik mənəviyyatın zirvəsi olan şəhadəti tərənnüm edir. Bu ayda şəhidlik fəlsəfəsinin açıqlanmasına xüsusilə önəm verilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Mənbə: http://www.qafqazislam.com/index.php?lang=az&sectionid=news&id=2121

Foto: https://ehramyayinlari.wordpress.com/2015/08/17/kohn%C9%99-bakida-saxsey-vaxsey-m%C9%99rasiml%C9%99ri/ və https://azertag.az/xeber/Qafqaz_Muselmanlari_Idaresinin_Qazilar_Surasi_Meherremlik_ayi_ile_bagli_fetva_verib-1191328

Musiqi: Boards 2:01 Francis Preve Dans ve Elektronik | Üzgün

Nə düşünürsən?