Küçə iti baş məşqçinin köməkçisi oldu

  • 07.09.2018
  • 0

Tesapara adlı küçə iti indi bütün Paraqvayda məşhurdur. Üstəlik, it barədə Avropa və ABŞ mediası da yazıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Tesapara indi "2 Mayo" futbol klubunun baş məşqçisi Hara Saquerin köməkçisidir.

Köpək klubun məşqlərində, matçlarında və mətbuat konfranslarında iştirak edir.

Paraqvayın Amambay departamentinin inzibati mərkəzi sayılan Pedro-Xuan-Kabalyero şəhərinin klubu "2 Mayo"nun baş məşqçisi deyir: "Günlərin birində bu köpəyi küçədə gördüm, bir tikə empanada (içi toyuq əti tərəvəzlə dolu qızardılmış kökə, - red.) verdim. O vaxtdan bəri ayrılmırıq. Məşqlərdə Tesapara oyunçuların hərəkətlərini təkrarlamağa çalışır, matçlarda isə rəqib komandanın oyunçularına mırıldayır. Bu köpək klubumuzun üzvlərindən birinə döndü. O, məni əsla tərk etmir, hər yerdə yanımda olur.

"2 Mayo" klubu Paraqvay futbol çempitonatının ikinci liqasında çıxış edir. 30 komanda arasında hazırda turnir cədvəlində 3-cü yeri tutan komanda lider "River Pleyt"dən 6 xal geridədir.

62 yaşlı Hara Saquer 2004-cü ildə Afinada keçirilmiş Yay Olimpiya Oyunlarında Paraqvay yığmasının baş məşqçisi olub.

Nə düşünürsən?