▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂
▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬
Hinduşka yumurtasının faydaları
Hinduşka yumurtası toyuq yumurtasından təqribən 1,5 dəfə böyükdür. Qabığının rəngi ağ, sarı, çilli və çox parlaq olmayan oval şəkilli bu yumurtalar təxminən 60-75 qram ağırlığında olur. Üstü ləkəli, mat qabıqlı yumurtaların rəng fərqi hinduşkanın növündən və onun yaşadığı ərazinin xüsusiyyətlərindən asılıdır. Hinduşka yumurtası digər ev quşlarının yumurtalarından keyfiyyət göstəricilərinə, tərkibindəki vitaminlərə görə xüsusilə fərqlənir.
Hinduşka yumurtasının tərkibi A, D, E, B9, B12 vitaminləri ilə çox zəngindir. Həmçinin onun tərkibi dəmir, selenyum, fosfor, sink, kalsium mineralları ilə də boldur. Bir ədəd hinduşka yumurtasının tərkibində 10 qr. protein, 110 mq kalium, 120 mq natrium, 9% A vitamini, 8% kalsium, 18% dəmir mineralı var.
Zəngin tərkibi ilə günə gümrah başlama enirjisi verən hinduşka yumurtasının içərisindəki yüksək zülal və vitaminlər sayəsində insan uzunmüddəli toxluq hissinə malik ola bilir.
Xüsusilə yeniyetməlik dövründə uşaqların ehtiyac duyduğu proteinin önəmli hissəsini bu yumurta ilə qarşılamaq mümkündür.
Ürək-damar xəstəliklərindən qorunmaq üçün də faydalı olan hinduşka yumurtasının həzm və immun sistemlərinin qorunmasında da mühüm rolu vardır.
Tərkibindəki A vitamini sümüklərin inkişafı, gözlərin və dişlərin sağlamlığı üçün çox faydalıdır. Tərkibindəki dəmir mineral isə qanazlığına qarşı maddələr mübadiləsini dəstəkləyir. Bu yumurtanın ağ hissəsi isə qan şəkərini tənzimləməkdə və diabetə qarşı mübarizədə təsirli rola sahibdir.
Hinduşka yumurtasından müxtəlif yeməklər hazırlamaq mümkündür. Belə yeməklər demək olar ki, toyuq yumurtasından hazırlanan yeməklər ilə eynilik təşkil edir. Belə ki, səhər yeməyində, salatlarda, həmçinin şirniyyat hazırlayarkən, hinduşka yumurtasından rahatlıqla istifadə etmək olar.
Mənbə: http://www.agroexpert.az/hinduska-yumurtasinin-faydalari/
Foto: commons.wikimedia.org
Musiqi: Ibiza Dream 3:17 Chris Haugen Kantri & Folk | Parlaq