AZ
Video yüklə

Evlənməyə hazırsınız?

33 baxış Maraqlı xəbərlər
Evlilik çox vacib və məsuliyyətli addımdır. Bu addımı atanda təkrar-təkrar düşünmək lazımdır. Valideynlərin razılığı, iki gəncin qarşılıqlı hörməti evliliyi güclü edən amillərdir. Amma bu məsuliyyətli addıma qədər keçilən bir yol var.
Bu da, təbii ki, evliliyə qədər və ailə həyatı qurduqdan sonrakı ehtiyaclardır. Bu ehtiyaclar qarşılanmayanda bəzən çətinliklə qurulan ailələr belə dağılır.
Psixoloq Aytən Ələkbərova deyir ki, ailə qurulanda gənclər bir-birinə güvənməlidirlər. Əgər güvən olmasa, onda ailədən söhbət belə gedə bilməz:
“Necə deyərlər, ailə kiçik dövlətdir. Bu dövləti qurmaq çətindir, qoruyub-saxlamaq isə ikiqat çətin olan məsələdir.
Gəlin, “kiçik dövlət”imizi elə qoruyub-saxlayaq ki, heç bir daxili çəkişmə ailənin dağılmasına səbəb olmasın”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.