AZ
Video yüklə

Dünyanın ən qəribə işi: o, qarğaların dayəsidir

18 baxış Maraqlı xəbərlər
"Tauer qəsri üzərində qarğalar uçmursa, deməli, Britaniya məhv olub. Qarğalar o səmadan əskik olmamalıdır".
Britaniyadakı qədim rəvayətdə belə deyilir.
Qarğalar dünyanın ən ağıllı quşu sayılır, çünki qarğanın beyni istənilən başqa quşdan böyükdür.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, buna şübhə edənlər Londondakı Tauer qəsrinə yollanıb orada əsrlərdən bəri dəyişməyən vəzifənin sahibini sorğu-suala tuta bilərlər.
Bu şəxsin vəzifəsi "Ravenmaster"dir. Yəni "Qarğaların hökmdarı".
Tauer qəsrində çalışan Kris Skayfı "Qarğalar dayəsi" də adlandırırlar. Onun sevimli qarğası "Merlin"dir.

Qəsrdə ən qoca qarğa isə 23 yaşlı Munindir.
"25 ildir ki, bu vəzifədə çalışıram. Arvadım və qızım işimi çox bəyənirlər. Bu işə təzə başlayanda qarğalar barədə heç nə bilmirdim. Amma indi "qarğaşünas" sayıla bilərəm", - Skayf deyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.