Bakıda avtomobilin yuyulması üçün yeni sistem işə salınıb. Burada cəmi 50 qəpik ödəməklə avtomobilinizi yuya bilərsiniz. Burada avtomobilinizi məhz özünüz yuyursunuz. Özü də cəmi 50 qəpik ödəməklə. Ancaq istəsəniz, əlavə 50 qəpik də ödəməklə maşınınıza şampun da vura bilərsiniz.
50 qəpik at, avtomobilini özün yu...
Xəzərxəbər məlumat verir ki, Azərbaycana gətirilən yeni sistem vasitəsilə artıq avtomobili yumaq üçün 5-6 manat deyil, cəmi 50 qəpik və ya 1 manat ödəyirsiniz.
Bir çox ölkələrdə tətbiq edilən müasir avtoyuma sistemini indi Bakı küçələrində də görmək mümkündür. Burada avtomobilinizi başqası yox, özünüz yuyursunuz. Üstəlik, burada nəzarətçi də yoxdur
Avtomobil tam dərmanlandıqdan sonra, növbə su ilə yumağa gəlir.
24 saat xidmət göstərən bu avtoyuma məntəqəsinə nəzarət kameralar vasitəsi ilə həyata keçirilir
Hazırda Bakıda bu sistemlə işləyən 8 avtoyuma məntəqəsi fəaliyyət göstərir. Gələcəkdə bu sayın artırılması planlaşdırılır.