Müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın “5-də 5” verilişini boykot etməyə çağırıb. Yenicag.az xəbər verir ki, şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib. O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedizdirmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb. “Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz” deyə, mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq adlandırıb: “Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?” Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: “Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verlişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…”