ATV-də yayımlanan “Maşın” realiti şounun dünənki buraxılışında qəribə hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, müğənni Samir Cavadzadə SMS səsverməsinə çıxarılıb. Səsvermənin yekun nəticəsi açıqlanan ərəfədə Sərxan Kərəmoğlu dodaqlarını müğənni Dilarə Kazımovanın çiyninə qoyaraq öpməyə başlayır. Sonra o nəticə açıqlanan qədər dodaqlarını Dilarənin çiynindən çəkmir. Sosial şəbəkədə də yayılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, hazırda "Maşın" realiti şouda 7 iştirakçı mübarizəni davam etdirir.