“Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinin ötən buraxılışı müzakirələrə səbəb olub.
Buna səbəb proqramın aparıcısı Lalə Azərtaşın səsləndirdiyi fikirlər olub.
Verilişdə ayrılan və boşanan cütlüklərdən danışarkən Lalə müzakirələr yaradacaq sözlər söyləyib:
"Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.
Aparıcının bu fikirləri səsləndirdiyi görüntülər sosial platformalarda paylaşılaraq qınaq obyektinə çevrilib.