▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂
▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬
Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması
Qədim yunan şairi Homerin “İliada” dastanına görə tarixdə ilk gözəllik yarışmasının qalibi Afrodita olmuşdur.
Müasir dövrdə isə ilk gözəllik yarışması 1888-ci ildə Belçikada keçirilmişdir. Hazırda belə müsabiqələr müxtəlif adlarla demək olar ki, bütün ölkələrdə keçirilir.
Hər il Azərbaycanda da bir neçə gözəllik müsabiqəsi təşkil olunur. Lakin müşahidələrimdən deyə bilərəm ki, ictimaiyyət tərəfindən bu gözəllik müsabiqələrinin nəticələri əksər hallarda tənqid edilir.
Bəs əslində kim gözəl hesab olunmalıdır? Bunun isə konkret cavabı yoxdur. Çünki dünyanın müxtəlif ölkələrində insanların gözəllik hesab etdikləri kriteriyalar bir-birindən çox fərqlidir. Buyurun, həmin kriteriyalarla tanış olun:
==
Sonda maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Qeyd edim ki, azərbaycanlı alim, rəhmətlik Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi də, adi bir gözəllik müqayisəsindən formalaşıb. Belə ki, bir gün Lütfi Zadə və dostları yığışırlar, “kimin xanımı daha gözəldir?” sualına cavab axtarmaq üçün müqayisə aparırlar. Buna görə gözəllik kriteriyalarını seçirlər. Buradan da həmin nəzəriyyənin özəyi formalaşır. Və bu gün həmin qeyri-səlis məntiq nəzəriyyəsi real dünyanı olduğu kimi əks etdirməyə imkan verir.
Foto: commons.wikimedia.org
Musiqi: Church of 8 Wheels 3:13 Otis McDonald Rəqs & Elektron | Rəqs üçün