AZ
Video yüklə

Dilarə Kazımovanın fərqli təqdimatı

12 baxış Maqazin xəbərləri
Ötən gün müğənni Dilarə Kazımova yeni layihəsinin təqdimatını edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təqdimat mərasimi Dilarə Kazımovanın şousu ilə başlayıb.
O, klipdəki obrazı ilə mahnı ifa edib, rəqs etməyə başlayıb. Onu "Atəşqah Mix Show" və "Nero" rəqs qrupunun üzvləri müşayiət edib.
Rəqsdən sonra klipin nümayişi başlayıb. Ekran işi "Azərbaycan" adlanır, sözləri Nigar Məmmədova, Leyla Kazımovaya, musiqisi Givi Usenashvilli və Dilarə Kazımovaya məxsusdur.

Azərbaycan və ingilis dilində səsləndirilən bəstə etnik və Avropa üslubunun vəhdətini təşkil edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.