Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” bu turda doğma meydanda “Samsunspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Vüsal da sözügedən görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
“Keçiörengücü” 23 turdan sonra 27 xalla 19 komanda arasında 11-ci pillədə qərarlaşıb.