UEFA Qurban Qurbanovu təbrik edib

  • 13.04.2022
  • 0

UEFA "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Avropa futbol qurumu bu barədə tviter hesabından video paylaşıb.

UEFA təcrübəli mütəxəssisin uzun müddət "Qarabağ"a rəhbərlik etdiyini və Azərbaycan futbolunun canlı əfsanəsi olduğunu bildirib.