Tailandda itən futbolçular 10 gün sonra mağarada tapıldılar. Amma daha 4 ay da orada qalmalıdırlar

  • 07.07.2018
  • 0

Tailandda itən futbolçular 10 gün sonra mağarada tapıldılar. Amma daha 4 ay da orada qalmalıdırlar


Taylandda iyunun 23-də girdikləri mağarada sel səbəbindən köməksiz qalan uşaq futbolçular və məşqçiləri 10 gün sonra sağ tapılıb.


Xilasetmə əməliyyatı zamanı 2 ingilis mağara dalğıcların tapdığı 12 uşaq və 25 yaşındakı 1 məşqçinin yaşaması xəbəri bütün dünyada böyük əks-səda doğurub. 11-16 yaş qrupuna aid olan futbolçular Çiang Rai əyalətində girdikləri mağarada qəfil selə yaxalanmışlar. yeniyetmələr su tutmayan bölmələrə keçməyi bacararaq həyatda qala biliblər. Ancaq onların xilas edilməsində bəzi problemlər yaşanıb. Belə ki, mağarada suyun səviyyəsi yüksək olduğundan  xilasedicilər qarşısında iki seçim var: ya uşaqlara üzmək öyrədilib mağaradan çıxarmalıdırlar, yaxud da 4 ay suyun çəkilməsini gözləməlidirlər.


Birinci halda uşaqların yeraltı gizli kanallarda boğulma, ikinci halda isə 4 ay ərzində yenidən leysan yağma və suyun səviyyəsinin artması ehtimalı var. Hələlik isə həyatda qalmaları üçün onlara yüksək proteinli qidalar verilir. 


Çiang Rai əyalətinin valisi Narongsak Osottanakorn verdiyi açıklamada "Uşaqları mağaradan çıxararkən risk olmadığından yüzdə 100 əmin olmak istəyirik. O zaman qədər isə onlara öz uşaqlarımız kimi baxacağıq" demişdir.


Mənbə: https://tr.sputniknews.com/asya/201807021034113576-tayland-magarada-kaybolan-cocuklara-ulasildi/


Musiqi: Venetian 3:00 Density & Time Dans ve Elektronik | Dramatik

Nə düşünürsən?