"Sürix" futbolçuları Bakıda

  • 18.07.2022
  • 0

"Sürix" “Qarabağ”a qarşı keçirəcəyi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün Bakıya gəlib.

Rəqib ötən gün axşam saatlarında Azərbaycana təşrif buyurub.

"Hilton" otelində qərarlaşan komanda bu gün səhər yeməyindən sonra qısa şəhər gəzintisinə də çıxıb. İsveçrə təmsilçisinin rəsmi "tvitter" hesabı bununla bağlı paylaşım edib. "Bakıdan sabahınız xeyir! "Səhər yeməyindən sonra proqramımıza qısa şəhər gəzintisi daxil edilib" başlıqlı videonu diqqətinizə çatdırırıq: