Dünən 1-ci Divizionun 11-ci turunda keçirilən "Zirə-2" - "Neftçi-2" matçında maraqlı hadisə yaşanıb.
"Qartallar"da çıxış edən Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin qardaşı Tamerlan Bürcəliyev qol vurub.
Futbolçu fərqləndikdən sonra hərbi salam verib. O, bununla da qolunu qardaşına həsr etdiyinə işarə vurub.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.