Rüstəm Əhmədzadənin Blits müsahibəsi

  • 17.12.2021
  • 0

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə klubun rəsmi "Youtube" kanalına müsahibə verib.

Azərbaycan millisinin hücumçusu bir sıra maraqlı məqamlara toxunub.

Ukraynada doğulan, əslən Azərbaycanın Ucar rayonundan olduğunu bildirən futbolçu 97 nömrəni 9 və 7 nömrələri xoşuna gəldiyi üçün seçib. O, bu rəqəmin ona uğur gətirəcəyinə inanır.

Millimizin hücumçusu “Qarabağ”a keçidini “Gələcəyə doğru böyük addım” kimi dəyərləndirib.

Rüstəm “Ronaldo, yoxsa Messi?” sualına cavab verməkdə çətinlik çəkdiyini isə gizlətməyib: “Mən Ronaldonu daha çox bəyənirəm. Amma Messinin daha yaxşı olduğunu deyənlərlə mübahisə etməyəcəyəm”.

Rüstəm Əhmədzadənin müsahibəsi ilə videodan tanış ola bilərsiniz: