Rəşad Sadıqovdan örnək addım

  • 20.09.2021
  • 0

Rəşad Sadıqov böyük futbolçu olub. Öz davranışı, sayğısı ilə həmişə göz önündə olub. Baş məşqçi kimi hələ ki, uğuru olmasa da, bu problemi aradan qaldırmaq niyyətindədi. Hər zaman deyir ki, gənc məşqçiyəm, uğur qazanmaq istəyirəm. Bunun üçün insanlığını itirmir. İndi sizə təqdim edəcəyimiz video bunun əyani sübutudu. Görüntünlər Azərbaycan premyer-liqasının 4-cü turunun "Zirə" - "Sabah" matçından sonra çəkilib. Gənc mütəxəssis İnqilab Məmmədovun verdiyi səhv qərara görə əsəbidi. Lakin klubun aşağı yaş komandasının üzvləri, oyunda top daşıyan olan uşaqlar şəkil çəkdirmək üçün Rəşad Sadıqova yaxınlaşır. Məşqçi qarşılaşmada olanları unudub, səbirlə onların hamısı ilə şəkil çəkdirir. 

Halbuki, o, əsəbi olduğunu bildirib, uşaqların istəyini yerinə yetirməyə də bilərdi. Lakin Rəşad Sadıqov əsl uşaqların qəhrəmanı, sevimli futbolçusu, məşqçisi kimi davranaraq onların körpə qəlblərini qırmadı. Əsəbinə qalib gələrək körpə balaların üzündə gülüş yaranmasına səbəb oldu. Bu əzminə və səbrinə görə Rəşad Sadıqova təşəkkür edir, barəsində danışdığımız videonu diqqətinizə çatdırırıq:

İLKİN SULTANLI