Renat Portuqaliyada ilk qolunu vurdu

  • 21.09.2021
  • 0

Renat Dadaşov Portuqaliya çempionatında ilk qolunu vurub.

"Tondela"nın üzvü 4-cü turda səfərdə "Braqa"ya 1:3 hesabı ilə uduzduqları matçda fərqlənib. 79-cu dəqiqədə oyuna daxil olan 22 yaşlı hücumçu 7 dəqiqə sonra qol vurub.

Qeyd edək ki, "Tondela" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.