"Qarabağ"ın rəqibindən inamlı qələbə

  • 29.11.2021
  • 0

"Bazel" İsveçrə çempionatında növbəti oyununu keçirib.

 "Qarabağ"ın Konfrans Liqasındakı rəqibi 15-ci turda "Lüsern"in qonağı olub. Qarşılaşmda Bazel təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

“Bazel” 15 turdan sonra 29 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.
 
Qeyd edək ki, dekabrın 10-da, Konfrans Liqasının son turunda, “Qarabağ” “Bazel”in qonağı olacaq.