Nuriyev oynadı, komandası qələbə qazandı

  • 29.11.2021
  • 0

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib. 


Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” doğma meydanında “Veres Rivne”ni qəbul edib. Görüş millimizin üzvünün komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start "11-lik"də çıxan Nuriyev 72-ci dəqiqədə oyundan alınıb.
 
16 tura 18 xal yığan “Kolos” turnir cədvəlində 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.