Nəriman - Şamil döyüşündən sonra insident

  • 18.09.2021
  • 0

Dünən mərhum Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov döyüşüb.

Azərbaycanlı idmançı 1-ci raundda nokautla qalib gəlib. Görüş bitən kimi okatana Maqomedrasul Hasbullayev daxil olaraq idmançımızın üstünə şığıyıb. Hakimlər məsələnin böyüməsinə imkan verməyib. Xabib Nurməhəmmədovun müdaxiləsindən sonra ara sakitləşib.

Maqomedrasul Hasbullayev yaşananları belə şərh edib:

“Hər kəsə salam. Dünən bir çoxlarınız mənim qardaşım Şamil Zavurovun döyüşündən sonra kiçik insidentimin şahidi oldunuz. İstəməzdim ki, azarkeşlər şərhlərdə buna görə biri-birlərini təhqir etsinlər. Üstəlik düşünməslinlər ki, mən kimisə arxadan vura bilərəm və s. Hər kəsin sinirləri var, məndə də həmçinin. Şamil mənim böyük qardaşımdı. Döyüşdə olanları görəndən sonra nə etdiyimi dərk edə bilmirdim. Döyüşdən sonra biz Nəriman və onun komandası ilə görüşdük, məsələni bağladıq və əlimizi sıxdıq. Etiraf edirəm ki, səhv idim, heç bir pis niyyətim olmuyub”.