Namikdən qol ötürməsi

  • 05.02.2022
  • 0

[b]Millimizin futbolçusu Namik Ələsgərovun çıxış etdiyi  “Bursaspor” Türkiyə 1-ci Liqasında 22-ci tur oyununa çıxıb.[/b]

"Timsahlar" “Altınordu"nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Namikin start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 28-ci dəqiqədə komandasının qələbə qolunun ötürməsini verib.

Qeyd edək ki, “Bursaspor” turnir cədvəlində 23 xalla 15-ci pillədə qərarlaşıb.