Mahir Polşada ilk qolunu vurdu

  • 20.09.2021
  • 0

Mahir Emrelinin komandası "Legiya" bu gün növbəti oyununa çıxıb.

Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda "Qurnik"i qəbul edib. Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü matçın 46-cı dəqiqəsində Tomaş Pekxartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludu.

24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

"Legiya"  bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.