Mahir Emreli qol vurdu, komandası qələbə qazandı

  • 22.09.2021
  • 0

Polşa kubokunun 1/32 final mərhələsinin oyunları keçirilib.

Burda "Legiya" səfərdə "Suvalki"nin qonağı olub. Qarşılaşma 3:1 hesabı ilə Varşava təmsilçisinin xeyrinə başa çatıb.

Millimizin üzvü Mahir Emreli də oyunun iştirakçısı olub. Forvard 56-cı dəqiqədə Kasper Kortorzın əvəzinə oyuna girib. Mahir Emreli 80-ci dəqiqədə fərqlənərək yekun hesabı bəlli edib.