Braziliyada qalmaqallı hadisə baş verib.
Rio-Qrande-do-Sol ştatında keçirilən "Sao Paulo" "Quarani" matçında futbolçu baş hakimə ölümcül xəsarət yetirib.
Vilyam Roberto referi Rodriqo Krivelyaroya yumruq atıb və boynuna təpik atıb. Bundan sonra hakim huşunu itirərək xəstəxanaya aparılıb.
"Sao Paulo"nun üzvü polislər tərəfindən dərhal həbs edilib. Onun bu hərəkəti ölümə cəhd kimi dəyərləndirilib.