Dostunun görən Xabib görün necə reaksiya verdi?

  • 18.09.2021
  • 0

Xəbər verdiyimiz kimi, Nəriman Abbasov dünən mərhum Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində Şamil Zavurovla döyüşüb.

Görüş ərzində maraqlı anlar yaşanıb. Belə ki, Xabib Nurməhəmmədov dostu və yeznəsi olan Şamilin azərbaycanlı idmançı ilə döyüşü zamanı həyacanlı anlar yaşanıb. Nərimanın qalib gəldiyini görən Xabib sonda təəssüfünü gizlədə bilmir.

Qarşılaşmadan sonra dağıstanlı UFC döyüşçüsü azərbaycanlı idmançının qələbəsini belə şərh edib:

“Nəriman Abbasovu ürəkdən təbrik edirəm. Bu idmandı və burda əsas hörmətdi. Sən və sənin komandan çox layiqli insanlardı və gələcəkdə sizə necəsə köməyim dəyə bilərsə, mən hər zaman yanınızdayam. Uca Allah hər birimizi qorusun!”.