Kişi məhkəmənin qarşısında arvadının başını kəsdi

  • 18.06.2021
  • 0

Tərtərdə ər həyat yoldaşının başını kəsərək qətlə yetirib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, 1987-ci il təvəllüdlü rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı Tərtər şəhər Məhkəməsinin binasının qarşısında başını kəsərək qətlə yetirib.

Hadisənin boşanma üstündə baş verdiyi bildirilir.

Anar Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nə düşünürsən?