"Karaoke Pub" qanunsuz işləyirmiş

  • 24.04.2021
  • 0

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində yerləşən "Karaoke Pub" adlanan məkanın karantin qaydalarını pozaraq gecə saat 00:00 dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, obyektə baxış zamanı həmçinin orada olan müştərilərə qəlyan təklif edildiyi də müəyyən edilib.Obyektin sahibi Məcid Seyidov, eləcə də, orada olan 19 nəfər müştəri və xidməti personal barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.Araşdırmalar davam etdirilir.

Nə düşünürsən?