Gürcüstanda axtarışda olan şəxs Bakıda tutuldu

  • 16.03.2021
  • 0

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.

Nə düşünürsən?