Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi

  • 06.03.2021
  • 0

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Yayılmış görüntülərdə “Shacman” markalı yük avtomobilinin qəza zamanı tamamilə yararsız hala düşdüyü görünür. Qəzanın baş vermə ehtimallarına əsasən, Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olan zaman “Shacman”ın sürücüsü idarəetməni itirərək əvvəlcə yolayrıcı bardürə çırpılıb və qarşı yola düşüb. Daha sonra yük avtomobili qarşı tərəfdəki yolun kənarında olan beton səddə çırpılıb.

Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?