20 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat etdi

  • 04.05.2021
  • 0

Lənkəranda 20 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat edib. 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, may ayının 2-də Lerik rayon Soru kənd sakini, 2001-ci il təvəllüdlü Rəqsanə Xangəldiyeva 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində oğul övladı dünyaya gətirib. Ertəsi gün, yəni dünən ananın vəziyyəti pisləşib və saat 21 radələrində həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 

Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. 
Rəqsanə Xangəldiyevanın dünyaya gətirdiyi körpənin səhhətində problem yoxdur. 

Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?