Gecə saatlarında Bakının Səbail rayonunda bıçaqlanma olub. APA TV-nin məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb. Hadisə nəticəsində paytaxt sakini, 1998-ci il təvəllüdlü Zeynalov Rəşan İlkin oğlu aldığı üç bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu bildirilir. Bıçaqlanma faktının təfərrüatlarını Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları araşdırır. İlkin ifadəsi zamanı 19 yaşlı Rəşan tanımadığı şəxslərlə mübahisə zamanı bıçaqlandığını deyib. Məlumata görə, 3 nəfər naməlum şəxs sevgilisi ilə keçmiş "Torqovıy" küçəsində şəkil çəkdirən Rəşana və onun yanındakı qıza sataşıb. 39-cu Polis Bölməsindən verilən məlumata görə, hadisədə şübhəli bilinən 2 nəfəri saxlamaq mümkün olub. Digərinin isə axtarışı aparılır.