AZ
Video yüklə

Smartfon təyyarədə partladı - Hava limanında həyəcan

32 baxış Hadisə və olaylar
Barselonanın El Prat hava limanında həyəcanlı anlar yaşanıb.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, axşam saat 5:30-da İbizaya uçmağa hazırlaşan Ryanair şirkətinə məxsus sərnişin təyyarəsində smartfon partlayıb.
Telefonun batareyası həddindən artıq enerji yığdığına görə partlayıb və təyyarəni tüstü bürüyüb.
Hadisə təyyarə qalxmağa hazırlaşarkən baş verib. Sərnişinlər hava şarı vasitəsi ilə təyyarədən endirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Onlar başqa təyyarə ilə İbizaya göndəriliblər.
Məlum olub ki, telefonu partlayan şəxs Yeni Zellandiya vətəndaşıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.