AZ
Video yüklə

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada öldü

8 baxış Hadisə və olaylar
Şirvan şəhərində 6 gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada keçinib.



Yanvar 12-də Şirvan şəhərinin H.Əliyev prospektində "Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.



Qəza zamanı xəsarət alanlardan biri - "VAZ-21011" markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.



Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.