AZ
Video yüklə

Sığınacaq rəhbəri: “Sumqayıtda gözü çıxarılan it…”

19 baxış Hadisə və olaylar
Xəbər verdiyimiz kimi avqust ayının 18-də Sumqayıtda sahibsiz itə qarşı vəhşilik törədilib. belə ki, naməlum şəxslər sahibsiz itin gözlərini çıxarıblar. Sumqayıt şəhərinin Nizami küçəsinin 5 nömrəli binanın bloklarından birində yaralı vəziyyətdə tapılan it tibbi yardım məqsədilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinə aparılıb. Yaralı olan it həddindən artıq aqressiv olduğundan ona ilkin yardım göstərmək mümkün olmayıb.
Bizimyol.info əməkdaşları Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən sahibsiz və gözləri çıxarıldığı iddia edilən itin saxlanıldığı və tibbi yardım göstərildiyi sığınacaqda olub. Sığınacaqdakı itin vəziyyəti ilə bağlı danışan sığınacaq rəhbəri Fərid Mansurov itin durumunun normal olduğunu bildirib. O qeyd edib ki, itin bir gözünü xilas etmək mümkün olmasa da bir gözü xilas edilib və hazırda vəziyytəti normaldır:
“Biz bu iti Sumqayıt şəhərində aşkarladıq. Onun hər iki gözünün çıxarıldığı deyilirdi. Vəhşicəsinə ona xəsarət yetirmişdilər. Tibbi yardım göstərdik və itin bir gözünü xilas edə bildik, digər gözünü isə xilas etmək mümkün olmadı. Hazırda onun durumu normaldır”
Xatırladaq ki, Xəzər rayonunun İcra Hakimiyyəti başçısı Gülağa İslamov sözügedən sığınacaq rəhbəri Fərid Mansurovun Atası, keçmiş polis zabiti Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum eidlməsi üçün məhkəməyə müraciət edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.