AZ
Video yüklə

Şəmkirdə nasos oğruları tutuldu

46 baxış Hadisə və olaylar
Su nasoslarını oğurlayan şəxslər saxlanılıb...



Əməliyyatı Şəmkir polisi keçirib. Əliyaqublu kənd sakinlərinin müraciəti əsasında əməliyyat axtarış-tədbirlərinə başlayan polis əməkdaşları cinayətin üstünü isti izlərlə aça biliblər. Araşdırmalar zamanı müəyən edilib ki, yaşadıqları ərazidə bir neçə nəfərin su nasosuna qənim kəsilən şəxslər Əliyaqublu kəndi sakinləri Elnur Quliyev və Eynur Səlimovdur.



Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər bir neçə gün ərzində müxtəlif şəxslərin təsərüfatından su nasoslarını oğurlayaraq bağ sahiblərinə xeyli ziyan vurublar. Əldə etdikləri nasosları isə yaşadıqları kənddə dəyər-dəyməzinə satıblar.



Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.