AZ
Video yüklə

Salyanda evdə partlayış baş verib

13 baxış Hadisə və olaylar
Salyanda qaz sızmasından partlayış baş verib, ev sahibi xəsarət alıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında Salyanın Qalalı yaşayış massivində, Ağaxan Ağabəyli küçəsində qeydə alınıb. Binanın 4-cü mərtəbəsində yaşayan 34 yaşlı Zamiq Məziyev siqaret yandırmaq istəyərkən mənzildə yığılıb qalmış qazın təsirindən partlayış baş verib. Partlayışın təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb və otaq yanmağa başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. Ev ahibi Zamiq Məziyev isə yanıq xəsarətləri ilə Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.