Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir. İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün göstəriş verib. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı və 163-cü maddələri ilə ittiham olunur. Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-cu (mütəşəkkil cinayətkar dəstə yaratmaq) maddəsi də əlavə oluna bilər. Hazırda N.Səlifovun Türkiyədə yaşadığı bildirilir.