AZ
Video yüklə

Qızların davasına bıçaqlı nənə, tapançalı ana qatıldı

27 baxış Hadisə və olaylar
ABŞ-ın Hyuston ştatında ana dalaşan qızını qorumaq üçün tapançaya əl ataraq qonşuları hədələyib.
Milli.Az Fox News-a istinadən bildirir ki, qonşu olan Lokett və Makintayr ailələri normal münasibətlərdə idilər. Lakin 15 yaşlı Merin Lokettlə 13 yaşlı Hanna Makintayr arasında dava düşüb.
Şeyd Lokettin anası da aqressiv yeniyetmələri aralamaq, onların davasına son qoymaq üçün maşınından tapançasını götürüb.
Hannanın qohumu ona yardım etmək istəyəndə Şeyd Lokett tapançanı ona tuşlayaraq qızı qovub.
Hannanın nənəsi Treysi Mkinqtryar isə bıçaq götürərək nəvəsinə yardım etmək istəyib.

"Övladımı müdafiə edirdim. Hər ana belə davranar. Onları tapança ilə qorxudub aralamaq istəyirdim", - Şeyd Lokeet deyib.
Polis tapança götürmüş ana ilə bıçaqlı nənəni saxlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.