AZ
Video yüklə

Paytaxtda piyadanIn öldüyü DƏHŞƏTLİ QƏZA

22 baxış Hadisə və olaylar
Paytaxtda ölümlə nəticələnən dəhşətli qəza baş verib.

Yenicag.az xəbər verir ki, Bakının Xəzər rayonu ərazisində aeroport yolunun Qala qəsəbəsi ərazisindən keçən hissədə hava limanı istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.
Qəza yerinə DYP və Xəzər RPİ əməkdaşları cəlb olunublar. Hadisəni törədən sürücünün ifadəsi alınıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib. Qəzada ölən piyadanın paytaxt sakini İmran Ağayev olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.