Biləsuvarda dəhşətli qətl hadisəsi baş verib.
Qətl hadisəsi Biləsuvar rayonunun Bəydili kəndində qeydə alınıb. Kənd sakini 51 yaşlı Oktay Soltanov kəsici – deşici alətlə qətlə yetirilib. İlkin araşdırma zamanı Oktay Soltanovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürülməsi müəyyən edilib. Əldə etdiyimiz məlumata görə Oktay Soltanov spirtli içki aludəçisi olub. O, hər gün içki qəbul edərək həyat yoldaşına qarşı şiddət göstərib. Qətl baş verən gün də Oktayla həyat yoldaşı arasında mübahisə yaranıb. Evdəki söz – söhbətə dözə bilməyən oğul anasını müdafiə etmək məqsədi üçün evdə olan bıçağa əl atır və atasına çoxsaylı bədən xəsarətləri yetirib. Oktay Soltanov aldığı xəsarətlərdən ölüb.
Qonşular ailənin tərbiyəli, qabiliyyətli bir ailə olduğunu, mərhumun da pis hərəkətlərini görmədiklərini bildirirlər.
Qətli törətməkdə şübhəli bilinən yeniyetmə, hüquq – mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə 3 bacının bir qardaşıdır. O, 9-cu sinifdən təhsilini yarımçıq qoyub. Ana isə məktəbdə müəllimə işləyir.