AZ
Video yüklə

Meksikada tanınmış jurnalist öldürüldü

21 baxış Hadisə və olaylar
"Heraldo de Chiapas” nəşrinin jurnalisti Mario Qomes Meksikanın Çyapas ştatının Yaxalon şəhərində güllələnib.
Sfera.az xəbər verir ki, öldürülən jurnalist daha əvvəl ünvanına olan təhdidlərlə bağlı prokurorluğa müraciət edibmiş.Motosikletli cinayətkarlar Qomesi evinin yanında gözləyiblər. Jurnalist küçəyə çıxdıqda isə atəş açıblar. Ağır yaralanan Qomes xəstəxanaya çatdırılsa da, orada keçinib.Meksika jurnalistlərin ən çox qətlə yetirildiyi ölkələr sırasında gəlir. 2000-ci ildən bu yana bu ölkədə 138 jurnalist öldürülüb, 2005-ci ildən bu yana 21 jurnalist naməlum şəkildə yoxa çıxıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.