Masallıda 25 yaşlı oğlan öldürülüb, meyit üç rayonda basdırılıb

  • 02.04.2019
  • 0

Masallıda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb.

Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayon Göytəpə şəhərində bir mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib. Bir müddət sonra - bu ilin yanvar ayının 28-də Sahib Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. Martin 28-də Əli Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Aparılan əməliyyat tədbirləri nəticəsində onun yanvarın 25-də Masallı rayonunda yerləşən istirahət mərkəzlərindən birində Sahib Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub. Əli Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb. Meyit tam yanmadıqda avtomobillə İmişli rayonuna aparılıb. İmişli rayonunda cəsət balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıblar. Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Report)

Xezerxeber.az-ın məlumatına görə, sahib Mahmudovun atası Sahibəli Muradov və qardaşı Rövşən Muradov deyilənlərə inanmır. 

Nə düşünürsən?