Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi – Yaponiyanın Kikai vulkanı Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsi – Yaponiyanın Kikai vulkanı Yaponiyanın Kobe Universitetinin yapon vulkanoloq alimləri bəşəriyyət tarixində ən böyük vulkan püskürməsinin izlərini aşkar ediblər. Həmin hadisə 7300 il əvvəl Yaponiyanın Küsü adası yaxınlığında baş verib. Püskürmənin mənbəyi Kikai sualtı vulkanı olub. Aparılan araşdırmalarda bu supervulkanın 7300 il əvvəl Yaponiyanın cənubunda mövcud olmuş Jomon sivilizasiyasını məhv etdiyi məlum olub. Qədim Jomon sivilizasiyası ilk yapon icması kimi tanınan qrup olaraq, balıqçılıq və ovçuluqla məşğul idi. Kikai vulkanı son 140 min il ərzində ən azı 3 güclü kataklizm meydana gətirib. Yeni araşdırmada tədqiqatçılar onlardan ən sonuncusunun gücünü qiymətləndirib, vulkan ərazisindəki dərinliyin ətraflı xəritəsini yaratmaq üçün seysmik məlumatlar toplayıblar. Xəritədə geniş sualtı çöküntülər aşkar edilib. Komanda uzaqdan idarə olunan sualtı robotlardan istifadə edərək, bir neçə yerdən çöküntü nüvələrini nümunə götürüb. Seysmik məlumatların köməyi ilə elm adamları vulkanın ətrafındakı dəniz dibinin ətraflı xəritəsini yaratmağa müvəffəq olublar. Onlar geniş vulkanik çöküntülər aşkar ediblər və nümunə olaraq, qaya süxurları əldə ediblər. Tədqiqat, tərkibində vulkanik şüşə olan 4500 kvadrat-kilometrlik təbəqənin olduğunu nümayiş etdirib. Alimlər püskürmə zamanı dənizə 70 kub-kilometrdən çox materialın daxil olduğunu təxmin edirlər - bu, əvvəlki təxminlərdən iki dəfə çoxdur. Vulkanik tullantıların ümumi həcmi isə 332-dən 457 kub-kilometrədək qiymətləndirilib. Bu tullantılarla ABŞ-ın qərbindəki Tahoe gölünü 2 dəfə tamamilə doldurmaq mümkündür. Yeni məlumatlar sübut edir ki, Kikai vulkanı Holosen dövrünün ən böyük püskürməsidir. Bu, təxminən 12 min il əvvəl başlayan və bu günə qədər davam edən dövrü əhatə edir. Bu, bütün sivilizasiyaya son qoyan Santorininin Minoan püskürməsindən də böyükdür. Qeyd edim ki, Kikai vulkanı yenə də partlamağa hazırdır. Alimlərin ehtimalına görə, həmin vulkanın püskürməsi riski mövcuddur. Mütəxəssislər vulkanın partlaması halında ən az 100 milyon insanı öldürə biləcəyini iddia edərək, vulkanın gələcək 100 il içərisində partlayış ehtimalının bir faiz olduğunu bildiriblər. Alimlər vulkanın partlaması nəticəsində, Yaponiyanın cənubunda Tayvan və Çində sunami baş verəcəyi xəbərdarlığını ediblər. Mənbələr: https://azertag.az/xeber/beseriyyet_tarixinde_en_boyuk_vulkan_puskurmesinin_izleri_tapilib-2937649 https://publika.az/news/maraqlidunyasi/501647.html https://metbuat.az/news/896944/100-milyon-insan-bu-sebeble-ole-biler.html https://oxu.az/world/242951 video: https://www.vecteezy.com/ https://pixabay.com/ foto: https://commons.wikimedia.org/ Musiqi: YouTube Library Deep State Rok Dramatik Vans in Japan 3:35 Bloqumu da oxuya bilərsiniz: https://tarkhanpashazade.blogspot.com/ TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829