AZ
Video yüklə

Goranboyda bir-birinə bitişik 3 ev yandı

11 baxış Hadisə və olaylar
Goranboyda bir-birinə bitişik tikilən 3 evdə güclü yanğın olub.





Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb.





Bəxtiyar Axundov, Sərvan Əliyev, Vüqar İbrahimova məxsus mənzil qəfil alovlanıb. Yanğın genişlənərək ətrafı bürüdüyündən hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alovu söndürmək çətinləşdiyindən əraziyə əlavə olaraq Gəncə şəhəri Yanğından Mühafizə bölməsinin və Kəlbəcər rayon Yanğından Mühafizə hissəsinin 6 yanğınsöndürən avtomobili və 30-dan çox canlı qüvvəsi də cəlb olunub. Alov söndürülüb. Yanğın nəticəsində evlərin yanar konstruksiyaları və ev əşyaları yanaraq yarasız hala düşüb. Yanğının digər tikililərə keçməsinin qarşlsl allnlb. Hadisənin baş vermə səbəbləri araşdırılır.







Xezerxeber.az hadisə ilə bağlı videogörüntünü təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.