Gəncədə tələbə özündən 16 yaş böyük şəxsi qətlə yetirib. Hadisə gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafelərin birində qeydə alınıb.
Qətli törətməkdə şübhəli bilinən 19 yaşlı Zəngilan rayon sakini Samir Hüseynovun 35 yaşlı Kamil Cəfərovu mübahisə zəminində bıçaqladığı deyilir. İlkin məlumata görə öldürülən Kamil Cəfərov kafeni işlədən, qətli törətməkdə şübhəli bilinən Samir Hüseynov isə obyektin daimi müştərisi olub. Mübahisəyə səbəb kimi isə hər iki şəxsin bir-birini təhqir etməsi göstərilir. Samir Cəfərov Gəncədə universitetlərdən birinin tələbəsidir.
“Biz həmişə gəlib burada çay içirik. Cavan mərifətli-qanacaqlı oğlan idi. Bu gün eşitdik burada qətl hadisəsi baş veribdir”
“Buradan tez-tez gəlib gedirəm işə.İndi uşaqdan eşitdim.Uşaqdan soruçuram nə olub deyir burada dava olub. Burada dava görməmişəm axı”
KM Faktla bağlı cinayət işi açılıb.