Ev quşlarını yemləmək istəyərkən onların kəsilmiş başlarını tapdı

  • 05.12.2017
  • 0

Cəlilabadda bir rayon sakininə məxsus ev quşları oğurlanıb. APA TV xəbər verir ki, oğurluq faktı rayonun M.Ə.Rəsulzadə küçəsinin sakini İlqar Şahmarovun təsərrüfatında qeydə alınıb. Zərərçəkənin sözlərinə görə, ev sahibi səhər saatlarında toyuq-cücə və qazları yemləmək üçün hinin qapısını açdıqda oranın boş olduğunu görüb. Ətrafa göz gəzdirdikdə isə həyətyanı sahədə ev quşlarının kəsilmiş baş və ayaqlarının olduğu kisəni aşkarlayıb. Məlum olub ki, hadisəni törədən şəxs və ya şəxslər ev quşlarının səsinin eşidilməməsi üçün bu üsuldan istifadə edib. Xatırladaq ki, bu, İ.Şahmarovun evində törədilən ilk oğurluq deyil. Ötən il də onun evindən 1020 manat nağd pul və xeyli sayda məişət əşyaları oğurlanıb. Artıq hadisə ilə bağlı polisə də məlumat verilib. Faktla bağlı araşdırma aparılır.