Ermənistanda silahlı insident
18 baxış
Hadisə və olaylar
Ermənistanda silahlı insident olub. Hadisə Qavar rayonunda baş verib. Silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb. İnsident zamanı öldürülənlərdən biri hərbi polisin müstəntiqidir. Hadisədən sonra bölgədə vəziyyət gərginləşib. Məlumata görə, atışmada öldürülən hərbi polisin müstəntiqinin qohumları xəstəxanaya gələrək silahlı insident zamanı yaralanan şəxslərin hər ikisinin boğazlarını kəsməklə onları qətlə yetiriblər. Dəstə üzvləri bundan sonra xəstəxananı tərk ediblər. Yerli qubernator Qnel Sanosyan isə bildirib ki, xəstəxanaya 500-ə yaxın insan soxulub. Onlar xəstəxananın əmlakını dağıtmağa başlayıblar, bundan sonra polis kordonunu yararaq palataya giriblər. Hadisə barədə bəzi təfərrüatlar da məlum olub. Bildirilib ki, silahlı insident zamanı ölənlərdən digəri isə Qavarın Noratus kəndinin "Noratus ayısı" birliyinin üzvüdür. Hadisə şahidlərinin bildirdiyinə görə, Qavardan və Noratus birliyindən olan yeniyetmələr mübahisə ediblər. Bu vaxt hərbi polisin müstəntiqi Zorik Paronikyan vəziyyətə müdaxilə edib, nəticədə atışma baş verib. Qeyd edilir ki, hətta ölən şəxsləri iki avtomobil sonacan izləyib və sonda güllələyərək öldürüblər. Faktla bağlı "iki və ya daha çox şəxsin öldürülməsi", "qanunsuz silah və sursat əldə etmə və saxlama" maddələri ilə cinayət işi başlanıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.