Bərdə və Hacıqabulda ağır qəzalar - 2 ölü, 2 yaralı var
39 baxış
Hadisə və olaylar
Minik avtomobilinin elektrik dirəyinə çırpılması ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Bərdədə baş verib. Minik avtomobili rayonun "Meşəçilik İnstitutu" adlanan ərazisində hərəkətdə olarkən sürücü sükana nəzarəti itirib və maşın yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sərnişin Elmidar Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində elektrik dirəyi yararsız vəziyyətə düşdüyündən qəsəbəyə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hacıqabulda isə dumanlı hava qəzaya səbəb olub. 26 yaşlı Vasif Həsənovun idarə etdiyi minik avtomobili dumanlı havada yol kənarındakı beton maneəyə çırpılıb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişin, 33 yaşlı Tahir Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Vasif Həsənov Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Sərnişin isə reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzada ölən Vasif Həsənov Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşıdır. Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.